`ASAN xidmət` 20 Yanvar günü işləməyəcək


15:26     19 Yanvar 2017 asan%20xid.PNG

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.


Bu barədə Femida.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Yanvarın 21-dən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, vətəndaşlar "ASAN xidmət" mərkəzlərinin iş rejimi haqqında ətraflı məlumatı 108 Çağrı Mərkəzindən və www.asan.gov.az internet səhifəsindən əldə edə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 1103